Kupça (çıxarış) nədir və niyə onsuz ev almaq olmaz
Çıxarış — mülkiyyət hüququnu təsdiq edən yeganə sənəddir. Bələdiyyə sənədi, etibarnamə və sayğac niyə kifayət etmir.
«Özüm tikərəm, ucuz başa gələr» — ən çox yayılmış hesablama səhvidir. Rəqəmlərə baxaq.
Mərdəkan, Şüvəlan və Novxanı kimi qəsəbələrdə 100 m² evin tikintisi istifadə olunan materiallardan asılı olaraq 90 000 – 130 000 manata başa gəlir. Bura yalnız tikinti daxildir. Armatur, sement və betonun qiyməti artmaqda davam edir, ustaların əmək haqqı da qalxıb.
Dənizkənarı qəsəbələrdə 1 sot 15 000 – 35 000 AZN-dir. 3 sotluq sahə minimum 45 000 – 105 000 AZN deməkdir. Yəni torpaq və qutu birlikdə artıq 135 000 – 235 000 AZN edir — hələ təmir, hovuz, hasar və abadlıq yoxdur.
Hazır ev alanda siz qiyməti bilirsiniz. Tikəndə isə yekun məbləği ancaq sonda öyrənirsiniz.
Əgər torpaq artıq sizindirsə, layihəni özünüz idarə etmək istəyirsinizsə və 1–2 il gözləməyə hazırsınızsa — tikmək məna kəsb edir. Yaxın 1–2 aya köçmək lazımdırsa və ya ipoteka planlaşdırırsınızsa, hazır və çıxarışlı ev demək olar ki, həmişə sərfəlidir.
WhatsApp-a «EV» yazın — 15 dəqiqəyə cavab veririk və uyğun evləri göndəririk.
Çıxarış — mülkiyyət hüququnu təsdiq edən yeganə sənəddir. Bələdiyyə sənədi, etibarnamə və sayğac niyə kifayət etmir.
Bank ipotekası ilə daxili hissəli ödəniş arasındakı fərq, tələb olunan sənədlər və hansı halda hansını seçmək lazımdır.
Abşeronun altı qəsəbəsinin müqayisəsi: dənizə məsafə, torpağın qiyməti, infrastruktur və kimə uyğun olduğu.